“Rəqəmsal İnkişaf” İB-yi Azərbaycan Respublikasının Prezidenti yanınıda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Vətəndaş Cəmiyyəti İnstitutlarının Yerli və Beynəlxalq Ictimaiyyətlə Əlaqələrinin Qurulması” adlı layihə həyata keçirdi. Layihənin məqsədi Azərbaycan QHT-lərinin ictimaiyyətlə əlaqələrinin genişləndirilməsi və peşəkarlıqlarının artırılması üçün təşkilatların bilik və bacarıqlarınn artırılmasına təlimlər vasitəsilə kömək etmək, onları bu sahədəki texniki yenilik və biliklərlə tanış etmək, ictimai əlaqəlrəin vacibliyini vurğulamaq və davamlı inkişaf, maliyyə dayanıqlığı üçün əhəmiyyətini vurğulamaqdan ibarət idi. QHT-lərin İctimai Əlaqələrinin genişləndirilməsi və bu sahədə çalışan əməkdaşlaırının bilik və bacarıqlarının, peşəkarlıqlarının artırılmasına xidmət edəcək 25 nəfərlik təlim təşkil olundu və öyrədici qovluqlar hazırlandı. Həmçinin layihə çərçivəsində ictimai əlaqələrin qurulması ilə bağlı www.didev.org saytında sub-domain olaraq http://pr.didev.org yaradılaraq toplanmış məlumatlar həmin səhifədə yerləşdirildi və geniş QHT kütləsi üçün istifadəyə verildi.