“Vətəndaş Cəmiyyəti İnstitutlarının İKT bacarıqlarının artırılması”

hhh

Rəqəmsal İnkişaf İctimai Birliyi Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun İnformasiya Proqramının maliyə dəstəyi ilə QHT-lər və vətəndaş cəmiyyətinin digər iştirakçıları üçün veb səhifələrin və bloqların yaradılması üçün “Vətəndaş Cəmiyyəti İnstitutlarının İKT bacarıqlarının artırılması” layihısini həyata keçirdi.

Layihədə məqsəd Vətəndaş Cəmiyyətinin inkişafı naminə QHT nümayyəndələri və vətəndaş cəmiyyətinin digər iştirakçıları üçün veb səhifələrin və bloqların hazırlanması təlimini təşkil etmək idi. Seçilmiş 15-20 nəfər QHT və vətəndaş cəmiyyəti təmsilçisinə 10 günlük veb səhifə və bloqun yaradılması kursu keçirildi. Hər bir iştirakçı 10 günlük bir müddət ərzində təşkilatının veb səhifəsini və bloqunu yaratdı. Bu məqsədlə seçilmiş təşkilatlara əvvəlcədən hazırlanmış veb səhifə ve bloq menyusu göndərildi və hər bir iştirakçı onlara uyğun materialları elektron variantda ya da USB-də özü ilə təlimə gətirdi. Hər bir təşkilata domen və hostinq xidmətlərinin alınmasında yardımcı olundu .

Təlimin məqsədi:

Təlimin məqsədi vətəndaş cəmiyyəti quruculuğunda İKT-nin istifadəsi ilə vətəndaş cəmiyyətinin maarifləndirilməsinə yönəlik layihələrin həyata keçirilməsinə kömək məqsədilə QHT-lər və vətəndaş cəmiyyətinin digər iştirakçıları üçün veb səhifələrin və bloqların yaradılmasını təşkil etmək idi.

Leave A Comment