Qadınlara qarşı zorakılığa YOX deyək!

global-fund

Rəqəmsal İnkişaf İB-yi Global Fund for Women fondunun maliyyə dəstəyi ilə “Qadınlara qarşı zorakılığa YOX deyək!” adlı  layihə həyata keçirdi. Layihə çərçivəsində xanımlarımızın iştirakı ilə “Sən də qadınlara qarşı zorakılığa YOX de!” adlı rəsm və foto müsabiqəsi təşkil olundu.

Müsabiqənin əsas məqsədi cəmiyyətdə xanımlara qarşı olan haqsızlıqlara “Yox” deməkdir. Bildiyimiz kimi cəmiyyətdə xanımlarımız öz haqlarını tanısalar da bunu yetəri qədər bildirə bilmirlər. Dəfələrlə ailədə,  işdə və yaxud da hər hansı bir məclisdə söz danışma və digər haqları pozulur. Bir çox hallarda təzyiqə məruz qalırlar, öz haqlarını tələb edə bilmirlər. Hətta öz haqlarını tələb etsələr belə əks cinsin təsiri altına düşdüklərinə görə bu problemlərə qatlaşırlar.

Müsabiqədə gənc xanımlar iştirak edərək qadınlara qarşı olan təzyiqləri və haqsızlıqları foto və rəsm üzərində əks etdilər. Müsabiqədə iştirak etmiş xanımlar 1-ci, 2-ci və 3-cü yer uğrunda mübarizə aparırdılar.

Mükafatlar:

1-ci yer  –  200 AZN və diplom

2-ci yer  –  150AZN və diplom

3-cü yer – 100AZN və diplom

Müsabiqənin sonunda rəsmləri və fotoları qiymətləndirəcək yerli eksptert Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və Türkiyənin SESAN Rəssamlar ittifaqının üzvü Çingiz bəy Mehbaliyevin köməyi ilə qaliblər müəyyən olundu və sərgi təşkil edilərək qaliblərimizi mükafatlandırdıq.

Layihə haqqında daha ətraflı məlumatl bu linkdən http://svaw.didevelop.org/ əldə edə bilərsiz.

Leave A Comment