Tanıt, Paylaş və Yaşat

“Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının” maliyyə yardımı ilə ” Tanıt, Paylaş və Yaşat” layihəsi.

Layihə dövründə Rəqəmsal İnkişaf İctimai Birliyi Facebook Sosial Şəbəkəsində geniş izləyici kütləsi olan səhifələr üzərində Azərbaycanın Mulitkulturalizm dövlət olduğunu, çox millətli Azərbaycan artıq dünyanın nəzərində, gözündə nümunəvi bir dövlət olduğunu gənclərə və digər izləyici kütlələrinə təqdim etdi. Əlbəttə, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib və bundan xalqımız da, dövlətimiz də qürur duyur. Bu səbəbdən layihə dövründə bir sıra gənclərimizlə birlikdə “Tanıt, Paylaş və Yaşat” mövzusunu seçərək Azərbaycanın Multikulturalizm sahəsində inkişafını daha da gücləndirmək üçün gənclərə 3 günlük multikulturalizm mövzusu, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, müxtəlif etnik qruplar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimad haqqında təlim təşkil olundu. Təlim zamanı dəyərli təlimçilərimizin köməyi ilə  Azərbaycançılığın təbliği üçün milli və dini maarifçilik, mədəniyyətlərarası dialoq, milli və dini tolerantlıq sahələrində iştirakda gənclərin fəallığının artırılması məqsədi ilə maraqlı təlim təşkil olundu və təlimdə iştirak edən gənclər Multikulturalizm mövzusunda məqalə yazmaq üçün müsabiqəyə dəvət edildi. Ən yaxşı 10 məqalə yazan gənclər mükafatlandırıld. Layihə dövründə digər bir aksiyamız Park Bulvar Ticarət Mərkəzində bir qrup gənc rəssamların əl əməyi ilə Azərbayanı Tanıt, Paylaş və Yaşat mövsuzunda rəsm sərgisi təşkil olundu.

Daha sonra layihə müddətində könüllü gənclərin  iştirakı ilə Azərbaycanı Tanıt, Yaşat və Paylaş – Multikulturalizm nədir? Mövsuzunda video çarx hazırlandı. Video çarxda gənclər multikulturalizm anlayışını dərindən dərk edərək müxtəlif dinlərə, irqlərə, ölkələrə – onlar nümunəvi dost, birlik, bərabərlik, sevgi, din qardaşlığı və mədəni müxtəlifliyin qorunmasının onlar üçün nə qədər dəyərli olduğunu bildirdilər. Bir sözlə Rəqəmsal İnkişaf İB-yi layihə dövründə müasir Azərbaycan modeli –   dinlərin bərabər inkişaf imkanlarını və etnik qrupların birgə yaşamasını təmin etməsi, həm də digər inanc və mədəniyyətlərə mənsub olan müxtəlif qruplara hörməti haqqında gəncləri maarifləndirərək daha geniş formada təbliğat kampaniyası təşkil etdi.

Leave A Comment