“Sosial Media” layihəsi

logo_englishRəqəmsal İnkişaf İB-yi Avrasiya Əməkdaşlıq fondunun maliyyə dəstəyi ilə “Sosial Media” adlı veb səhifə hazırlanması layihəsini başa çatdırdı. Layihədə Sosial Media ilə bağlı veb səhifənin yaradılması, yeni media alətlərinin istifadəsi haqqında məlumatlar, vikipediayadan bir çox terminlər və sosail şəbəkələr haqqında məlumatların tərcüməsi, eləcə də WordPressin Azərbaycan dilinə tam tərcüməsi  təşkil olundu.

Rəqəmsal İnkişaf İB-yi layihə çərçivəsində Azərbaycanda ilk dəfə Sosial Media üzrə bütün alətlərin bir yerdə cəmləndiyi və 300 səhifəyə yaxın materialı özündə əks etdirən çox zəngin resursa malik olan internet səhifəsi istifadəyə verimişdir.

Veb Səhifədə yeni media alətlərinin istifadəsi haqqında, internetdə olan xidmətlərin praduktivliyini və funksionallığını artıran veb alətlərlə isitifadəçiləri tanış edərək zəngin məlumatlar yerləşdirilmişdir.

Siz bu alətlərdən istifadə edərək cəmiyyətdə və həyatınızda sosial dəyişikliklər yarada bilərsiniz.

Sosial Media www.sosialmedia.net veb səhifəsində:

QHT-lər üçün faydalı məsləhətlər

İstifadə edə biləcəyiniz 11 açıq mənbə

Müvəffəqiyyətli elektron kitab nəşr etmək üçün bələdçi

Dünyanızı dəyişmək üçün sizə kömək edəcək 9 Web platforma

Jurnalistlər üçün sosial mediadan istifadənin yolları

9 onlayn ərizə alətləri ilə dəyişikliyə necə nail olaq?

Bloqunuzu təhlil etmək üçün 9 statistika növləri

Sosial Media Vasitəsilə Vəsait toplamağın 24 yolu

Jurnalistlər üçün Twitter-dən 6 məsləhət

Qeyri-komersiya qurumları üçün maraqlı video çarx hazırlamağın 4 yolu və bir çox bir-birindən dəyərli məlumatlar əldə edə bilərsizin.

Layihə haqqında daha geniş məlumat, veb alətlər haqqında, sosial şəbəkələr haqqında ətraflı məlumat  üçün layihə çərçivəsində hazırlanan http://sosialmedia.net/ adlı veb səhifədən əldə edə bilərsiz.

Leave A Comment