2009-cu ildə Dünya Bankının Azərbaycandakı Nümayəndəliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyədəstəyi ilə “Üşaqlar üçün öyrədici veb səhifə” hazırlayaraq virtual aləmdə uşaqlar üçün istifadəyə verdi. http://www.oyren.org internet ünvanında yerləşən uşaqlar üçün öyrədici veb səhifədə kifayət qədər məlumatlarla zəngindir. Veb səhifə mahnılar, nağıllar, tapmacalar, atalar sözü, bunları bilirdinizmi, oyna və öyrən, heyvanları sevin, islam və uşaq, nəqliyyat, sağlıq, maraqlı oyunlar və həmçinin də yerli, əcnəbi nağıllar və mahnılar (mp3 formatında) bölmələrindən ibarətdir.
WWW.OYREN.ORG – 2012 – ci il Azərbaycan Respublikasının
Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası
Uşaqlar üçün zəngin resursa malik veb səhifə yaradıldı
Rəqəmsal İnkişaf İB-yi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Uşaqlar üçün öyrədici veb səhifə” adlı layihəsini başa çatdırdı. Layihə çərçivəsində hazırlanan uşaqlar üçün virtual məkanda əlverişli və faydalı məlumatlarla zəngin olan www.oyren.org adlı veb səhifə artıq istifadəyə verildi.
Rəqəmsal İnkişaf İB-yi həmçinin layihə dövründə veb səhifə haqqında zəngin məlumata malik olan buklet hazırladı və onlarla məktəblərdə, baxçalarda müəllim və şagirdlərə, valideylərə təqdim edərək geniş formada təqdimat apardı.
Layihə direktoru Könül xanım Ağayeva bildirdi ki, bir-birindən maraqlı, faydalı və zəngin resursa malik olan veb səhifə müəllimlər və şagirdlər, valideynlər və uşaqlar tərəfindən maraqla qarşılandı. Təqdimat zamanı müəllimlər qeyd etdilər ki, belə bir veb səhifənin olması sagirdlər üçün hər hansı bir məlumat axtarışında, maraqlı müzakirələrin aparılmasında, evə verilən tapşırıqların, inşaların hazılanmasında lazımı məlumatları əldə etmək üçün vacib olan bir saytdır.
Daha sonra valideynlər isə uşaqların boş-boş internetdə yararsız saytlardan istifadə etməklərindənsə belə bir maraqlı saytda faydalı məlumatları öyrənmələri daha yaxşı olacağını bildirdilər. Təqdimatda Rəqəmsal İçtimai Birliyinin sədri, layihə direktoru Könül xanım Ağayeva bildirdi ki, hazırlanan veb səhifə olduqca zəngin reusrsa malik olub sizlərin və övladlarınızın marağında olan bir resurs mərkəzinə çevriləcək. Belə bir imkanın virtual məkandan əldə edilməsi övladlarımız üçün əlverişlidir. Könül xanım bildirdi ki, veb səhifənin hazırkı mərhələsi sona çatıdı və mütəmadə olaraq yeni məlumatlarla uşaqlarımızın bilkilərinə rəng qatacayıq.
Veb səhifədə aşağıdakı bölmələr yerləşdirilib: