www.oyren.org saytı yeniləndi.

 

 

2009-cu ildə Dünya Bankının Azərbaycandakı Nümayəndəliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyədəstəyi ilə “Üşaqlar üçün öyrədici veb səhifə” hazırlayaraq virtual aləmdə uşaqlar üçün istifadəyə verdi. http://www.oyren.org internet ünvanında yerləşən uşaqlar üçün öyrədici veb səhifədə kifayət qədər məlumatlarla zəngindir. Veb səhifə mahnılar, nağıllar, tapmacalar, atalar sözü, bunları bilirdinizmi, oyna və öyrən, heyvanları sevin, islam və uşaq, nəqliyyat, sağlıq, maraqlı oyunlar və həmçinin də yerli, əcnəbi nağıllar və mahnılar (mp3 formatında) bölmələrindən ibarətdir.

WWW.OYREN.ORG – 2012 – ci il Azərbaycan Respublikasının

Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası

Uşaqlar üçün zəngin resursa malik veb səhifə yaradıldı 

Rəqəmsal İnkişaf İB-yi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Uşaqlar üçün öyrədici veb səhifə” adlı layihəsini başa çatdırdı. Layihə çərçivəsində hazırlanan uşaqlar üçün virtual məkanda əlverişli və faydalı məlumatlarla zəngin olan www.oyren.org adlı veb səhifə artıq istifadəyə verildi.

Rəqəmsal İnkişaf İB-yi həmçinin layihə dövründə veb səhifə haqqında zəngin məlumata malik olan buklet hazırladı və onlarla məktəblərdə, baxçalarda müəllim və şagirdlərə, valideylərə təqdim edərək geniş formada təqdimat apardı.

Layihə direktoru Könül xanım Ağayeva bildirdi ki, bir-birindən maraqlı, faydalı və zəngin resursa malik olan veb səhifə müəllimlər və şagirdlər, valideynlər və uşaqlar tərəfindən maraqla qarşılandı. Təqdimat zamanı müəllimlər qeyd etdilər ki, belə bir veb səhifənin olması sagirdlər üçün hər hansı bir məlumat axtarışında, maraqlı müzakirələrin aparılmasında, evə verilən tapşırıqların, inşaların hazılanmasında lazımı məlumatları əldə etmək üçün vacib olan bir saytdır.

Daha sonra valideynlər isə uşaqların boş-boş internetdə yararsız saytlardan istifadə etməklərindənsə belə bir maraqlı saytda faydalı məlumatları öyrənmələri daha yaxşı olacağını bildirdilər. Təqdimatda Rəqəmsal İçtimai Birliyinin sədri, layihə direktoru Könül xanım Ağayeva bildirdi ki, hazırlanan veb səhifə olduqca zəngin reusrsa malik olub sizlərin və övladlarınızın marağında olan bir resurs mərkəzinə çevriləcək. Belə bir imkanın virtual məkandan əldə edilməsi övladlarımız üçün əlverişlidir. Könül xanım bildirdi ki, veb səhifənin hazırkı mərhələsi sona çatıdı və mütəmadə olaraq yeni məlumatlarla uşaqlarımızın bilkilərinə rəng qatacayıq.

Veb səhifədə aşağıdakı bölmələr yerləşdirilib:

  • Azərbaycanım: Uşaqlarımız üçün Azərbaycan, onun adət-ənənələri, bayramlarımız, yaddaş təqvimi haqqında məlumat. Yaxında daha geniş formada.
  • Dövlət rəmzlərimiz: Dövlət rəmzlərimiz, onların yaranma tarixi, hər bir simvolun, rəngin və əşyanın mənaca anlamı, eləcə də himnimiz, ounun tarixi, notları, bəstəkarı və yazıcısı, sözləri. Bayrağımız və dünəndən bu günə olan tarixi yolları.
  • Tariximiz: Azərbaycan Respublikasının yaranma tarixi və onun inkişaf mərhələləri
  • Şəhərlərimiz və Rayonlarımız – Şəhərlərimiz və Rayonlarımız bölməsində vətənimizin şəhər və rayonları haqqında.
  • Uşaq ensklopediyası: “Mən dünyanı öyrənirəm” və “İnformatika” sahəsinə aid enkslopediya kitabındakı məlumatlar.
  • Əlifba: Azərbaycan dilinin, Rus dilinin və İngilis dilinin əlifbası rəngarəng şəkillərlə, hər bir hərf ayrı-ayrılıqda izahatları ilə.  
  • İngilis dilini öyrənin – Bu bölmə uşaqlar üçün şəkillərlə sözlü izahat və qramatika tezliklə əlavə olunacaq.
  • Dünya ölkələri: Dünya ölkələri haqqında maraqlı bilgilər.
  • Bunları bilməlisiniz! Uşaqlar üçün faydalı məsləhətlər
  • Şairlərimiz və yazıçılarımız: Uşaqlarımız üçün Azərbaycan Respublikasının şairləri və yazıçıları haqqında maraqlı məlumatlar və həyat yaradıcılıqları.
  • Mahnılar  Bir-birindən maraqlı uşaq mahnıları.
  • Nağıllar  – Daha çox milli nağılların əlavəsi. ( Bir çox nağıllar və mahnılar mp3 formatda )
  • Tapmacalar – Rəngarəng tapmacalar
  • Atalar sözləri – Hikmətli Atalar sözləri
  • Heyvanlar aləmi – Suda, quruda yaşayan heyvanlar haqqında maraqlı məlumatlar
  • Həyatımızda İslam dininin əhəmiyyəti – Uşaqların həyatında İslam dininin əhəmiyyəti və özəllikləri. Kiçiklərimiz üçün bir çox lazımlı dualar. (Həyatımızdakı varlıqlar önəmi haqqında bilgilər əlavə olunacaq)
  • Nəqliyyat – Kiçiklərimiz üçün yol hərəkəti qaydaları, dəyərli məsləhətlər və faydalı biliklər 
  • Sağlamlıq – Sağlamlıq həyatımızda önəmli olan amillərdən biri olduğu üçün və əsasən də kiçiklərə daha lazım olduğu üçün bu bölüm onlar üçün lazımlı olduğunu vurğulayırıq. Burada onlar üçüb dəyərli, sağlamlıqlarını necə qorumalı və nələrə diqqət yetirmələri haqqında məlumat yerləşdirilib və yerləşdiriləcək.
  • Videolar – Burada milli nağıllar, mahnılar və çizgi filmləri yer alıb.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *