“Yol Polisi! Qanunu Pozmayın! Gözümüz Üstünüzdədir!”

hhhRƏQƏMSAL INKIŞAF İctimai Birliyi Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun media proqramları layihəsi çərçivəsində “Yol Polisi! Qanunu Pozmayın! Gözümüz Üstünüzdədir!” adlı layihə həyata keçirdi.

Layihə çərçivəsində Dövlət Yol Polisini araşdıran və yazmaq istəyən 8-10 nəfərlik jurnalist və fəal yazmaq istəyən vətəndaşlar üçün təlim kursu təşkil edildi. 3 yarım günlük təlimdə məlumatın toplanması, əldə edilməsi, faktların yoxlanması, sürücülərlə təmasın qurulması, yazıların online yerləşdirilməsi, gizlin foto və videoların çəkilişi mexanizmləri, və s. haqqında bilgilər təlim iştirakçılarına verildi.