Mən yol hərəkəti qaydalarına əməl edirəm! Bəs SƏN?

10333649_10202717064660179_4359406102064092282_o

Rəqəmsal İnkişaf İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2014 mart – may  ayları ərzində  “Mən yol hərəkəti qaydalarına əməl edirəm! Bəs SƏN?” adlı layihəsi geniş səviyyədə həyata keçirdi.

Layihə dövründə ictimai təhlükəsizliyin təmin olunması və sürücülük mədəniyyətinin artırılmasına dair geniş kampaniya aparıldı. Kampaniya zamanı orta məktəblərdə azyaşlı şagirdlər üçün, gənclər və digər təbəqənin nümayəndələri üçün iki dildə Azərbaycan və Rus dillərində Yol Hərəkəti Qaydaları haqqında təqdimat hazırlandı və bir sıra məktəblərdə müəllimlərə, şagirdlərə təqdim olundu. Eləcə də gənclər üçün maarifləndirici video rolik, gənclər arasında ictimai marağı artırmaq üçün 28 MALL Ticarət mərkəzində geniş auditoriyaya gənclərdən ibarıt FLASHMOB təqdim  olundu.