“İslamda Qadın”

indexRəqəmsal İnkişaf İB-yi URGENT ACTION FUND tərəfindən maliyyə yardımı ilə dəstəklənən “İslamda Qadın” adlı layihə həyata keçirdi. Layihə çərçivəsində xanımlar üçün dini söhbətlər təşkil edildi. Dini müzakirələr zamanı xanımlarla Ankara Universiteti Bakalavr ve Magistatura, hazırda həm Türkiyə Diyanet Vakfi liseyi və Shəbnəm Qiz dini məktəbinin müəlliməsi Rəna xanım Qədirova öz dəyərli məsləhətlərini və biliklərini xanımlarla paylaşdılar. Müzakirələr Aprel ayının hər şənbə və bazar günləri saat 14:00-dan 16:00-a kimi təşkil olundu.

Mövzu,  son zamanlar aktual problemlərdən biri olan İslamda qadın hüquqlari ilə bağlı idi və növbəti görüşlər də bu mövzu ətrafında oldu.

İslamda qadına necə böyük dəyər verilməsi hər addımbaşı qulaqlarımıza çatdırılır. Lakin bu bir faktdır ki, islamda və ümumiyyətlə islam ölkələrinin hər birində qadın ikinci dərəcəli və bir çox hallarda kişidən hüquq baxımından bir qədər uzaq məsafədə yerləşir.

Buna əsasən hazırlanan layihənin həyata keçirilməsində bizə URGENT ACTION FUND maliyyə yardımı göstərdi.

İslam dini, qadın hüquqları üzərində xüsusilə dayanmış və qadına, heç bir nizam və sistemin vermədiyi müstəsna bir məqama sahib qılmışdır. Həmçinin Allahu Təala Qurani Kərimdə də: “Kişilərin qadınlar üzərində haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır” buyurmuşdur.

Qeyd edim ki, bu bir təbliğat yönümlü layihe deyil.

Məqsədimiz sadəcə xanımlara islamda hüquqlarının tanıtmaq və bununla bağlı hər hansı bir problemi olan xanıma psixi yardım göstərmək idi. Dinizmiz islam dini olduğu üçün mən belə fikirləşirəm ki, hər bir qadın islam dinində ona verilən hüquq və dəyərləri tam şəkildə bilməli və bundan yararlanmalıdır.